+994552315530
B.e - Cümə 09:00-18:00
Abşeron rayon, Saray qəsəbəsi, Bakı-Sumqayıt şosessinin 21-ci kilometri.
+994552315530
Top

Yüksək peşəkarlıq, böyük təcrübə!

"Azchem" MMC Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq 19.02.2001-ci il tarixdə təsis edilməklə dövlət qeydiyyatına alınmışdır. Şirkətimizin nizamnaməsinin yeni redaksiya qeydiyyatı 31.08.2015-ci il tarixdə həyata keçirilmişdir. Sərbəst surətdə sahibkarlıq fəaliyyətini öz nizamnaməsinə uyğun olaraq həyata keçirən, o cümlədən prekursorların idxalının həyata keçirilməsi sahəsində lisenziyası olan kommersiya hüquqi şəxsidir. Rusiya, Özbəkistan, Çin, Belorusiya və Türkiyə kimi ölkələrdə sıx işgüzar əlaqələri mövcuddur. Həmçinin fəaliyyətə başladığı o gündən bugünədək strateji əhəmiyyətli malların təchizatı sahəsində operativ və keyfiyyətli xidmətlərin göstərilməsi ilə seçilməklə bir sıra yerli hüquqi şəxslərlə əməkdaşlığı davam etdirməkdədir.

Bizim üçün insan amili hər işin önündə dayanır. Şirkətimiz üçün müştəri məmnuniyyəti və etibarının qazanılması ən vacib məsələdir. Bizdə söz sənəddir!

Sifarişlərinizin zamanında və keyfiyyətli şəkildə çatdırılmasını təmin edirik.

Məhsullarınızın təhlükəsiz anbarda saxlanılmasına şərait yaradırıq!

"Azchem" MMC ilə əməkdaşlığımızın artıq 10 ili tamam olur. Rəhbərliyin səmimi və təcrübəli olması əməkdaşlığımızın möhkəm və uzunömürlü olmasına zəmin yaratmışdır.

"MKT" İK
MMC

"Azchem" MMC ilə etibara söykənən əməkdaşlığımız olmuşdur. Hər bir halda müqavilə öhdəliklərinin yerinə yetirilməsi şirkətin üstün özəlliyi hesab edilə bilər.

"ASK Şüşə"
MMC

Strateji əhəmiyyətli malların keyfiyyətli və vaxtında çatdırılması əməkdaşlığımız müddətində "Azchem" MMC-yə etimadı doğrultmuşdur.

"Azərpambıq Aqrar Sənaye"
MMC